HAQQIMIZDA

I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresi (Bakı-Rino I)

“Rinologiyada və rino-allerqologiyada yeniliklər”

Əziz dostlar və həmkarlar!

 

          Sizi 6-7 aprel 2022 -ci il tarixində Bakı şəhərində keçiriləcək “Rinologiya və rino-allerqologiyada yeniliklər”ə həsr olunmuş I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji konqresdə (Bakı-Rino I) iştirak etməyə dəvət edirik. Azərbaycan-İtaliya Rinoloji Konqresinin Bakı şəhərində təşkilində məqsəd rinologiyanın müasir problemlərini müzakirə etməklə hər iki ölkənin rinoloqları arasında məhsuldar dialoq yaratmaqdır. Elmi proqram Azərbaycan otorinolarinqoloqları və İtaliya rinoloji cəmiyyəti tərəfindən birgə təqdim olunacaq və rinologiya sahəsində bir sıra mövzular müzakirə olunacaqdır.

            Konqresin işinə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər dəvət olunmuşdur. Bu uzunmüddətli tərəfdaşlıq əsasında rinologiya sahəsində elmi konqres olacaq və bunun üçün müvaqif elmi və sosial proqram hazırlanmışdır. Konqres ərəfəsində italiyalı həmkarlarımız tərəfindən “Yuxuda nəfəs dayanmalarının (Sleep Apnoe)” müalicəsinə dair və digər kurslar təşkil olunacaqdır.Azərbaycan Tibb Universitetində keçiriləcək konqresdə 200 nəfər otorinolarinqoloqun iştirakı nəzərdə turulmuşdur.  Konqresə Davamlı Tibbi Təhsil kredit balının verilməsi üçün Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasına müraciət təqdim olunmuşdur.

Sərgi