BROŞUR YÜKLƏ

Ətraflı

ABSTRAKT GÖNDƏR

Ətraflı

SPONSOR OL

Ətraflı

MEDİA TƏRƏFDAŞI OL

Ətraflı

 

 

I AZƏRBAYCAN-İTALIYA BEYNƏLXALQ RİNOLOJİ KONQRESİNİN RƏSMİ SAYTINA XOŞ GƏLMİSİNİZ!!!

I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresi (Bakı-Rino I)

“Rinologiyada və Rino-allerqologiyada yeniliklər"

 

 

1234

 

Əziz dostlar və həmkarlar!   

Əziz dostlar və həmkarlar!

        Sizi 6-7 aprel 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək “Rinologiya və rino-allerqologiyada yeniliklər”ə həsr olunmuş I Azərbaycan-İtaliya rinoloji konqresdə (Baku-rhino,az) iştirak etməyə dəvət edirik.

        Azərbaycan-İtaliya Rinoloji konqresinin Bakı şəhərində təşkilində məqsəd rinologiyanın müasir problemlərini müzakirə etməklə hər iki ölkənin rinoloqları arasında məhsuldar dialoq yaratmaqdır.

       Konqresin elmi proqramı Azərbaycan otorinolarinqoloqları və İtaliya rinoloji cəmiyyəti tərəfindən birgə təqdim olunacaq və rinologiya sahəsində bir sıra mövzular müzakirə olunacaqdır.  Konqresin işinə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər dəvət olunmuşdur.

       Bu uzunmüddətli tərəfdaşlıq əsasında rinologiya sahəsində elmi konqres olacaq və bunun üçün müvaqif elmi və sosial proqram hazırlanmışdır.

       Konqres ərəfəsində italiyalı həmkarlarımız tərəfindən “Yuxuda nəfəs dayanmalarının (Sleep Apnoe)” müalicəsinə dair və digər kurslar təşkil olunacaqdır.

       Ümid varam ki, elmi proqram, Bakı şəhərinin təbii gözəlliyi, azərbaycanlıların qonaqpərvərliyi sizləri cəlb edəcək və ümidlərinizi doğruldacaqdır.

       Azərbaycanda çağrılan ilk Azərbaycan-İtaliya  rinoloji konqresinin (Baku-rhino,az) hər iki ölkənin otorinolarinqoloqlarına tibbin bu sahəsinin inkişafına töhfələr verəcəyinə əmin olmaq istərdim.

       Bakı şəhərində Azərbaycan-İtaliya rinoloji konqresinin aparılmasında, onun təşkilində böyük əmək sərf etmiş İtaliyadan gələn həmkarlarımız, xüsisilə konqresin təşəbbüskarı, mənim dostum IFOS-un sabiq prezidenti və İdarə heyyətinin üzvü, Latın LOR-cəmiyyətinin Baş katibi, İtaliya rinoloji cəmiyyətinin fəxri prezidenti professor Desiderio Passaliyə dərin minnətdarlığımı bildirirəm.

       Bakı şəhərində bu konqresin təşkili nəinki səmərəli fikir mübadiləsinin aparılması, faydalı fəaliyyət proqramının hazırlanması, həm də mənim üçün çox təsirli olan professor Desiderio Passalinin dediyi sözlərin – italiyalı mütəxəssislərin hamısının sizin ölkəyə gəlmək, sizin ölkə ilə tanış olmaq istəyi, arzusunun həyata keçirilməsi idi.

         Konqresin gerçəkləşməsində Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəylinin böyük rolu olmuşdur, ona səmimi təşəkkürümü çatdırıram.

        Əziz konqres iştirakçıları, mən və bizim azərbaycanlı həmkarlarımız bu gün qollarımızı sizin qarşınızda açır, sizi qucaqlayırıq.

       Sizi Bakıda, Azərbaycanın paytaxtında salamlamağa gözləyirik.

                                                                                                                                                                                                                                                                                               Azərbaycan Tibb Universitetinin

Qulaq, burun, boğaz xəstəlikləri kafedrasının professoru,

Azərbaycan otorinolarinqoloqlar cəmiyyətinin sabiq sədri,

İtaliya rinoloqlar cəmiyyətinin fəxri üzvü,

I Azərbaycan-İtaliya beynəlxalq rinoloji konqresinin (Bakı-Rino I) prezidenti 

 

 

Əziz dostlar ! 

Əziz dostlar

Mən burada İtaliya rinoloqlar cəmiyyətinin fəxri prezidenti və eyni zamanda İtaliya QBB cəmiyyətinin keçmiş prezidenti kimi iştirak edirəm. Deməliyəm ki, çox xoşbəxtəm,  bu konqresin açılışında bir az da həyəcanlıyam. Əslində, ilk dəfə italiyalı həmkarlar qədim tarixi imperiyaların bağlantısı olan sizin maraqlı müstəqil ölkəniziin həmkarları ilə görüşür, həm də yeni nəsil otorinolaringologiyamızın vacib məsələlərini müzakirə etmək üçün tez bir zamanda super vəziyyətə gəlir.

Bundan əlavə, 120 ölkəni təmsil edən Ümumdünya otorinolarinqoloji cəmiyyətlərin beynəlxalq federasiyasının sabiq prezidenti kimi, şəhadət verə bilərəm ki, OCBF-nin (İFOS) əsas məqsədlərindən biri xalqlar arasında görüş və müzakirələri inkişaf etdirməkdir.

Bu görüşün digər görüşlərdən birincisi olacağına və xüsusilə gənc həmkarlarım üçün çox faydalı olacağına əminəm, çünki xəstələrimizin sağlamlığı naminə fərqli fikirləri öyrənə biləcəklər.

Təklifimi qəbul etdiyinizə və belə vacib görüşü təşkil etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.

 

Desiderio Passali MD, PhD,

QBB kafedrasının professoru və müdiri,

I Azərbaycan-İtaliya rinoloji konqresinin

(Bakı-Rino I) vitse-prezidenti,

Beynəlxalq otorinolarinqoloqlar cəmiyyətləri federasiyasının

(BOCF) sabiq prezidenti və idarə heyətinin üzvü,

Latın LOR-cəmiyyətlərinin baş katibi,

İtaliya rinoloji cəmiyyətinin fəxri prezidenti

Məruzəçilər

Sərgi